Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında VIII turun oyunları keçirilib.
Bu tur çərçivəsində “Neftçi” MOİK-lə üz-üzə gəlib. “Murov Az Terminal” Voleybol Klubunun idman zalında təşkil olunan qarşılaşma təmsilçimizin aşkar üstünlüyü şəraitində keçib. Yekunda komandamız rəqibi üzərində 3:0 hesablı (25:20, 25:23, 27:25) qələbə qazanıb.