Kişi voleybolçuların Azərbaycan çempionatının (Yüksək Liqa) ilkin mərhələsi başa çatıb.
Bu gün son tur çərçivəsində iki oyun keçirilib.
“Neftçi” bu turda MOİK-lə qarşılaşıb. “Murov Az Terminal” Voleybol Klubunun idman zalında gerçəkləşən görüşdə təmsilçimiz rəqibini 3:0 (25:16, 25:14, 25:15) hesabı ilə məğlub edib və pley-off mərhələsinə yüksəlib.