Yeniyetmələr (2010-2012) arasında cüdo üzrə “Neftçi” İdman Klubunun birinciliyi keçirilib. 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yarış Qaradağ Təlim-İdman Bazasında baş tutub. Gərgin mübarizə şəraitində keçən birincilikdə 9 çəki dərəcəsi üzrə 150-yə yaxın idmançı medallar uğrunda mübarizə aparıb.
Yarışın keçirilməsində məqsəd klubun idman qurğularında fəaliyyət göstərən cüdo bölmələrində aparılan məşqlərin və kiçik yaşlı yeniyetmə cüdoçuların hazırlıq səviyyəsini yoxlamaq, kiçik yaşlı idmançılara yarış təcrübəsini aşılamaq, eləcə də bu yaş qrupu üzrə qarşıdan gələn Bakı və respublika birinciliklərində klubu təmsil edəcək yığma komandanın heyətini müəyyən etmək idi.
Birincilikdə Kənan Hüseynli (34 kq), Sərxan İsmayılov (38 kq), Şahlar Cümşüdov (42 kq), Saleh Əkbərli (46 kq), Cavad Əliyev (50 kq), Cəmil Hüseynzadə (55 kq), Məhəmməd İbrahimli (60 kq), Əli Əliyev (66 kq) və Harun Ataşov (+66 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qalib və mükafatçılara “Neftçi” İdman Klubu tərəfindən diplom və medallar təqdim olunub.
Medalçıları təqdim edirik: