Yeniyetmələr (U-18) arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilib. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki “Xilasedici” İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 96 klub, cəmiyyət və idman təşkilatından 663 cüdoçu 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb.”Neftçi” İdman Klubunun təmsilçilərindən Bəhruz Şirəliyev (46 kq) və Məhəmməd Rüstəmli (50 kq) ölkə birinciliyinin bürünc medalına layiq görülüblər.