Məktəbli qızlar arasında keçirilən boks üzrə respubilka birinciliyinə yekun vurulub.
Bakı Boks Mərkəzində təşkil olunan yarışda klubumuzun yetirmələri inamlı çıxışları sayəsində 6 medal (4 qızıl, 1 gümüş, 1 bürünc) əldə ediblər.
Xanım boksçularımızdan Aysu Məmmədova (40 kq), Nərgiz Bədəlova (50 kq), Nuray Qafarova (52 kq) və Atlas Əliyeva (66 kq) bütün döyüşlərdən qalib ayrılaraq Azərbaycan çempionluğunun sevincini yaşayıblar. Digər idmançılarımızdan Aylin Məmmədzadə (40 kq) ikinci, Əsnad Nəsirova (54 kq) isə üçüncü pillədə qərarlaşıb.
