“Neftçi” İdman Klubunun parataekvondoçuları dünyanın ən reytinqli idmançılarının qatıldığı Roma Qran-prisində uğurla çıxış ediblər. Təmsilçilərimizdən 58 kiloqram çəki dərəcəsində mübarizə aparan Sabir Zeynalov bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələnib. Digər idmançımız İmaməddin Xəlilov (70 kq) isə üçüncü yeri tutub.

