Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Bakı İdman Sarayında təşkil olunan yarışda “Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində təmsil olunan yunan-Roma güləşçiləri 3 medal qazanıblar. İdmançılarımızdan Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər pəhləvanımız Rəşad Məmmədov (55 kq) isə turnirin bürünc medalına layiq görülüb.