“Neftçi” İdman Klubunun yunan-Roma güləşçisi Qurban Məcnunov Yunanıstanın Lutraki şəhərində keçirilən U-15 Avropa birinciliyində uğurla çıxış edib. Qırx bir kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız böyük əzmkarlıq nümayiş etdirərək bütün rəqiblərinə qalib gəlib və Avropa çempionatının qızıl medalına sahib olub.Xatırladaq ki, daha əvvəl sərbəst güləşçimiz Asim Əliyev (57 kq) Avropa üçüncüsü olmuşdu.