• İyul 12, 2026
  • Redactor Neftchi
  • 0

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U-20 Avropa birinciliyinə yekun vurulub.

“Neftçi” İdman Klubunun sərbəst güləşçiləri sonuncu yarış günündə daha 4 medala yiyələniblər. Təmsilçilərimizdən Camal Abbasov (61 kq) finalda rusiyalı Usman İndirbayevə (2:13), Nurlan Ağazadə (74 kq) isə həlledici görüşdə almaniyalı Manuel Vaqinə (2:4) məğlub olaraq gümüş medal qazanıblar.

Məhəmməd Abbaszadə (86 kq) bürünc medal uğrunda görüşdə israilli Tomer Drojnyaka 7:1 hesabı ilə qalib gələrək üçüncü yeri tutub.

Yusif Dursunov (125 kq) həlledici qarşılaşmada rusiyalı Soslan Qabuyevlə üz-üzə gəlib. Final gərgin mübarizə şəraitində keçib. Görüşdə 0:3 hesabı ilə geri düşən idmançımız əzmkarlıq göstərərək möhtəşəm geridönüş edib. Yekunda 4:3 hesablı qələbə qazanan Yusif Dursunov Avropa çempionu olub.