“Neftçi” İdman Klubunun cüdoçusu Zelim Tçkayev (90 kq) İspaniya Superkubokunda qızıl medala sahib olub. İdmançımız Valensiyada keçirilən beynəlxalq təlim-məşq toplanışı çərçivəsində təşkil olunan turnirdə qüvvəsini sınayıb. O, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, beynəlxalq təlim-məşq toplanışına avqustun 22-də yekun vurulacaq.



