Neftçilər günü
münasibətilə keçirilən neft, qaz və kimya sənayesi işçilərinin XXIV
Spartakiadası davam edir. Artıq üzgüçülük və atletika növlərində qaliblər
müəyyənləşib. 100 m məsafəyə qaçış yarışında “Azərkimya”nı təmsil edən Vüqar
Abdullayev hamıdan sürətli olaraq finiş xəttinə birinci çatıb. “28 May
Neftqazçıxarma İdarəsi”nin təmsilçis Elvin Həsənov ikinci, ”Azərkimya İctimai
Birliyi”nin üzvü Ramil Ağayev üçüncü yeri tutublar.Vüqar Abdullayev uzunluğa tullanma yarışını da qalib başa vurub.
Sonrakı yerləri Nicat Əsədov (“Neft Emalı Zavodu”) və Zaur Məmmədov (“28 May NQÇİ”) tutublar.Yerindən tullanma idman növü zəhmətkeşlər arasında daha böyük
maraq və coşquya səbəb olub. Burada qalib adını İlqar Həsənov (Azərkimya)
qazanıb. Fərhad İmamquliyev (“Neft Kəmərləri”) ikinci yerə, Elvin Yusifzadə (“28
May NQÇİ”) üçüncü yerə sahib olublar.Nüvə itələmə yarışında Elvin Cəfərov (“Heydər Əliyev adına NEZ”), Nəbiyev Telman (“Neft Daşları”), Fuad İsmayılov (“Neft
Kəmərləri”) müvafiq surətdə birinci, ikinci və üçüncü yerləri tutublar..Qadınlar arasında 100 m məsafəyə qaçış yarışı da böyük coşqu ilə
izlənilib. “Neft Kəmərləri”nin atleti Zərifə Məmmədova bu dəfə də hamıdan
sürətli olub. “H.Əliyev adına NEZ”dən olan Ülviyyə Mustafayeva ikinci, Sevinc Həsənova
(“Nəqliyyat İdarəsi”) isə üçüncü yerə layiq görülüblər.Zərifə Məmmədova uzunluğa tullanma yarışında da qızıl medal
qazanıb. “H.Əliyev adına NEZ”in təmsilçiləri Zəminə Dadaşova və Lalə Bədəlova müvafiq
olaraq ikinci, və üçüncü yerlərin tutublar.”İnformasiya Texnologiyaları İdarəsi”nin əməkdaşı Arzu Qocayeva yerindən
tullanma yarışında hamıdan yaxşı nəticə göstərib. Zərifə Məmmədova (“Neft Kəmərləri”) gümüş, Mariya Şabanova (“Neft Emalı Zavodu”) bürünc medal qazanıblar.Qadınların nüvə itələmə yarışında Yeganə Mustafayeva birinci yerə
sahib olub. Sonrakı yerləri Lalə Bədəlova və Təranə Hüseynova tutublar.Ailə komandası yarışında
Əsədovlar, Mirzəyevlər, Nəbiyevlər, Gəncəliyevlər, Xəlilovlar ailəsi qaliblər
sırasında olublar.Qadınlar arasında 25 m
məsafəyə üzgüçülük yarışlarında Aysel Hüseynzadə (“Neft Kəmərləri”) bütün
rəqiblərini qabaqlayıb. Olqa Oknyova və Janna Kratsova mükafata layiq yerləri
tutublar.Bu növdə kişilər
arasında keçirilən yarışda birinci yeri “Dalğıc Xilasetmə İdarəsi”ndən (DXEİ)
olan Stanslav Baykov tutub. Rişat Zeynalov (“Heydər Əliyev adına NEZ”) ikinci, Vyaçeslav
Əsədullayev (“Abşeron NQÇİ”) üçüncü yerə layiq görülüblər.Bu gün isə Spartakiadanın digər növləri olan voleybol, stritbol
və şahmat yarışlarına da start verilib.