Futbol üzrə Azərbaycan
I Divizionunda 2016-2017 mövsümünə start verilib.İlk tur çərçivəsində
“Qaradağ Lökbatan” komandası Qazax təmsilçisi “Göyəzən”i qəbul edib. Lökbatan qəsəbəsində
yerləşən Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan və komandamızın
aşkar üstünlüyü ilə keçən matçda futbolçularımız rəqibə gərgin anlar
yaşadıblar. Komandamızın diktəsi altında keçən oyunda rəqib darmadağın edilib –
5:0. “Qaradağ Lökbatan” komandası mövsümün ilk turundan böyükhesablı qələbə ilə
ayrılıb və ilk üç xalını qazanıb.