Braziliyanın Salvador da Bahiya şəhərində keçirilən
güləş üzrə gənclər arasında dünya birinciliyinə yekun vurulub.Gənc qızlar arasında təşkil olunan yarışın sonuncu
günü meydana çıxan”Neftçi İdman Klubu”nun təmsilçisi Səbirə
Əliyeva (72 kq) finala qədər maneəsiz irəliləyib. Həlledici mərhələdə Yaponiya
idmançısı Rino Obeyə məğlub olan güləşçimiz dünya birinciliyinin gümüş medalına
layiq görülüb.Ümumilikdə 2 qızıl, 2 gümüş və 1 bürünc medala
sahib olan xanım güləşçilərimiz komanda hesabında 47 xal toplayaraq Yaponiyadan
(66 xal) sonra 2-ci yeri tutublar. 47 xal toplamış Rusiya komandası isə
medalların əyarına görə 3-cü pillədə qərarlaşıb.Sərbəst güləşçilərin yarışında klubumuzun 55 kq çəki
dərəcəsində mübarizə aparan yetirməsi Mahir Əmiraslanov finalda hindistanlı
Ravi Kumara heç bir şans verməyib və dünya çempionluğunun sevincini yaşayıb. Arif
Hüseynov (50 kq) isə Yaponiya və Qırğızıstan idmançılarına qalib gəlsə də, yarımfinalda
iranlı güləşçiyə uduzub. Bürünc medal uğrunda Ermənistan təmsilçisi Razmik Misakyanla
üz-üzə gələn Hüseynov rəqibinə 4:2 hesabı ilə qalib gəlib və dünya üçüncüsü
olub.Beləliklə, “Neftçi İdman Klubu”nun gənc güləşçilərinin
Braziliyada keçirilən dünya birinciliyində əldə etdikləri medalların sayı 8-ə
çatıb. Xatırladaq ki, yarışın əvvəlki günlərində klubumuzun yunan-Roma güləşçilərindən
Murad Məmmədov qızıl, İslam Abbasov və Kərim Cəfərov gümüş, Ruhin Mikayılov bürünc,
qızlardan isə Türkan Nəsirova qızıl medal qazanmışdı.