“Neftçi İdman Klubu” öz fəaliyyəti və əldə
etdiyi nəticələrə görə daim ölkənin ən öncül idman təşkilatlarından olub. Liderliyi
əldə saxlamaq üçün klubumuz həmişə yeniliklər axtarışında olub, yeni-yeni
ideyalarla gündəmə gəlib.Bu gün daha yeni bir layihəni gerçəkləşdirmək
məqsədilə klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov qurumun müxtəlif
sahələri əhatə edən mütəxəssisləri ilə görüş keçirib. Bir araya gəlmiş klub rəsmilərinin
apardıqları müzakirələr xoş əhval-ruhiyyə ilə sonuclanıb. Artıq ölkə idmanının inkişafına öz töhfəsini verəcək bu yeni layihəyə start verildi.