Polşanın paytaxtı Varşavada
keçirilən ənənəvi “Polish Open” turnir başa çatıb.G1 kateqoriyalı beynəlxalq
turnirdə Azərbaycanın gənclərdən və böyüklərdən ibarət yığma komandaları
iştirak ediblər. Milli komandamız 5, gənclərdən ibarət yığmamız isə20 taekvondoçu ilə yarışda təmsil olunub. Böyüklərdən ibarət
millimiz 3, gənclərimiz isə 13 medala yiyələniblər.Gərgin idman mübarizəsi şəraitində
keçən turnirdə “Neftçi İdman Klubu”nun yetirmələrindən Səid Quliyev (74 kq)
böyüklərin yarışında bürünc medala layiq görülüb. Gənclər arasında keçirilən
yarışlarda isə idmançımız Əliəsgər Əliyev (68 kq) eyni uğuru təkrarlayıb.