“Neftçi İdman Klubu”nun Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında U-12, U-14, U-15 və
U-16 komandaları arasında keçirilən seleksiya xarakterli məşqlər və oyunlar
davam edir. Bu oyunların keçirilməsində əsas məqsəd klubun həmin yaş qrupları
üzrə komandalarının heyətinin komplektləşdirilməsi və yeniyetmə istedadlı futbolçuları seçərək müvafiq yaş qruplarına cəlb etməkdir. Bu günlər ərzində artıq Xəyal
Muradov, Murad Əhmədzadə, Nurlan Məmmədov və Pərvin Əzimov seleksiyaçı məşqçilər
tərəfindən seçilərək U-15 komandasına cəlb olunublar. Seleksiya xarakterli məşqlər
və oyunlar sentyabrın 4-dək davam edəcək.Xatırladaq ki, klubumuz iyul ayında
Siyəzən şəhərində U-13, U-14 vəU-15, avqust ayında isə
Bakıxanov qəsəbəsində yerləşən İsmət Qayıbov adına Təlim-İdman Bazasında U-10,
U-11 və U-12 komandaları arasında da eyni məqsədlə seleksiya xarakterli turnirlər
təşkil etmişdi.