“Neftçi
İdman Klubu” ilin əlamətdar günlərində neft, qaz və kimya sənayesinin işçiləri
arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. İdmanın
kütləviləşməsi, gənclərin sağlam böyüməsi, neftçilərin asudə vaxtlarının səmərəli
təşkil olunması məqsədi daşıyan bu tədbirlərdən biri də hər ilin sentyabr
ayında neftçilərin peşə bayramı (20 sentyabr – Neftçilər Günü) ərəfəsində
keçirilən Spartakiadadır.Bu il neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadası keçirilir.
Tədbirdə 31 müəssisənin komandası iştirak edir. Bu mötəbər yarışda iştirakçılar
14 idman növü (mini-futbol, atletika, üzgüçülük, voleybol, stritbol,
daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, qolgücü
və güllə atıcılığı) üzrə mübarizə aparacaqlar. Yarışlar Suraxanı qəsəbəsində
yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində, üzgüçülük
növündə «Start» İdman Kompleksində («Neftçilər» metrosunun yaxınlığında),
atletika növü üzrə isə Bakıxanov qəsəbəsində yerləşən İsmət Qayıbov adına
Təlim-İdman Bazasında keçiriləcək. Sentyabrın 7-də start götürmüş Spartakiada
ayın 13-də öz işini sona çatdıracaq.Spartakiadanın təntənəli açılış mərasimi sentyabrın 8-də saat 16:00-da Tofiq
İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçiriləcək.