Kişi voleybolçular
arasında Azərbaycan çempionatının III dövrəsi davam edir.Bu dövrədə
də uğurlu çıxışını davam etdirən “Neftçi İdman Klubu”nun komandası növbəti qələbəsini
qazanıb. Bu gün keçirilən qarşılaşmada voleybolçularımız “Naxçıvan” komandasını
3:1 hesabı ilə məğlub edərək liderliyini davam etdirir.Xatırladaq ki, komandamız fevralın 27-də MOİK-ə,
28-də isə “Nəqliyyatçı” komandasına 3:0 hesabı ilə qalib gəlmişdi.