Futbol
üzrə Azərbaycan I Divizionunda XVIII turun oyunları keçirilir.”Qaradağ
Lökbatan” bu turda “Şərurspor”un qonağı olub. “Bakı” Futbol Klubu təlim-məşq
bazasının stadionunda baş tutan qarşılaşmada gərgin mübarizə müşahidə olunub. Rəqibindən
daha üstün oyun nümayiş etdirən komandamız matçı 4:2 hesablı qələbə ilə başa
vurub. Rəqib qapısından topları Sabir Allahquliyev, Tural Rzayev (2) və Rüfət Məmmədov
keçiriblər.Qeyd edək ki, növbəti qələbəsi sayəsində
xallarının sayını 34-ə çatdıran “Qaradağ Lökbatan” komandası turnir cədvəlinin
4-cü pilləsinə yüksəlib.