Xəbər verdiyimiz kimi, martın 10-da Heydər Əliyev
adına İdman Sarayında cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri start
götürüb.31 ölkədən 183 idmançının qatıldığı yarışın ikinci
günündə “Neftçi İdman Klubu”nun cüdoçuları daha iki medala sahib olublar. Klubun
yetirmələrindən 73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov bürünc
medal uğrunda Gürcüstan təmsilçisi Laşa Şavdatuaşvilini məğlub edərək fəxri kürsünün
üçüncü pilləsinə qalxıb.Xanım idmançılarımızdan isə ölkəmizi 63 kq çəkidə təmsil
edən Xanım Hüseynova üçüncü yer uğrunda həlledici görüşdə klubun digər yetirməsi
Gülsədəf Kərimova ilə üz-üzə gəlib. Bu qarşılaşmada Xanım Hüseynova daha inamlı
təsir bağışlayıb və “Böyük dəbilqə” turnirinin bürünc medalını qazanıb.Xatırladaq ki, yarışın birinci günündə klubun
cüdoçusu Orxan Səfərov (60 kq) da bürünc medala yiyələnmişdi.