Rusiyanın Sankt-Peterburq şəhərində gənc cüdoçuların
Avropa kuboku yarışına yekun vurulub. Yarışda qitənin 17 ölkəsini təmsil edən 290
idmançı (200 oğlan, 90 qız) qalib adı uğrunda mübarizəyə qoşulub.Mötəbər turnirdə Azərbaycan yığması 3 medal
qazanıb ki, onlardan da ikisini ölkəmizə “Neftçi İdman Klubu”nun cüdoçuları
qazandırıblar. İdmançılarımızdan Natiq Qurbanlı (55 kq) böyük əzmkarlıq nümayiş
etdirərək Avropa kubokunun qalibi adına yiyələnib. 100 kq çəki dərəcəsində
mübarizə aparan Musa Şəkərəliyev isə turnirin bürünc medalına layiq görülüb.