Dağıstan Respublikasının Xasavyurd şəhərində
paralimpiyaçılar arasında taekvondo üzrə Rusiya-Azərbaycan beynəlxalq yoldaşlıq
görüşü keçirilib.”Neftçi İdman Klubu” Azərbaycan millisinin heyətində
10 yetirməsi ilə təmsil olunub. Parataekvondoçularımızın hamısı turnirin
mükafatçıları arasında yer alıb. Onlardan Səlvan Məmmədov (k44, 75 kq), Elimxan
Manafov (k42), Şəhmir İbadov (k43, hər ikisi 61 kq), Nicat Müslümov (k42, 75 kq),
Aleksandr Polişuk (k42, +75 kq) və Aynur Məmmədova (k44, +58 kq) rəqib
tanımayaraq qızıl medala sahib olublar. Yalnız həlledici final qarşılaşmasında
məğlubiyyətə uğrayan Əbülfəz Abuzərli (k44, 75 kq) gümüş medala layiq görülüb. Paralimpiyaçılarımızdan
Vüqar Adışirinov (k44, +75 kq), Hüseyn Həsənov (k44, 75 kq) və Rövşən Qəhrəmanlı
(k44, 61 kq) isə yarışdan bürünc medalla ayrılıblar.