Futbol üzrə Azərbaycan I Divizionunda XXV
turun oyunlarına yekun vurulub.Bu tur çərçivəsində “Qaradağ Lökbatan”
komandası MOİK-i qəbul edib. Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil
olunan oyun komandamızın diqtəsi altında keçib və Azər Bağırovun yetirmələrinin
3:0 hesablı qələbəsiylə başa çatıb. Qarşılaşmanın 10-cu və 28-ci dəqiqələrində
fərqlənən komandanın kapitanı Rüfət Məmmədov dubla imza atıb. Komandalar elə bu
hesabla da fasiləyə yollanıblar. Matçın 57-ci dəqiqəsində futbolçularımız rəqibi
3-cü dəfə cəzalandırıblar. Bu dəfə Əliağa Xudiyev adını tabloya yazdırıb. Beləliklə,
komandamız 3 xalı 3 qolla qazanıb.Qeyd edək ki, növbəti qələbəsi sayəsində
xallarının sayını 52-ə çatdıran “Qaradağ Lökbatan” komandası turnir cədvəlinin üçüncü
pilləsindəki mövqeyini bir qədər də möhkəmləndirib.