Aprelin 20-də Polşanın paytaxtı Varşavada
start götürmüş cüdo üzrə Avropa çempionatı davam edir.Yarışın ilk günündə “Neftçi İdman Klubu”nun
iki cüdoçusu aktivinə medal yazdırıb. İdmançılarımızdan 60 kq çəki dərəcəsində
mübarizə aparan Orxan Səfərov və Nicat Şıxəlizadə (66 kq) qitə çempionatının
bürünc medallarına sahib olublar. Xanım cüdoçumuz Nəzakət Əzizova (52 kq) isə
mübarizəni erkən dayandırıb.Qeyd edək ki, bu gün klubun daha iki yetirməsi –
Rüstəm Orucov və Hidayət Heydərov (hər ikisi 73 kq) tatami üzərinə çıxacaqlar.