Bakı İdman Sarayında 21 yaşadək cüdoçular
arasında aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunmuş komandalararası beynəlxalq
turnir keçirilib. 101 idmançının (82 oğlan, 19 qız) qatıldığı yarışda 12
komanda mübarizə aparıb. 10 yerli komanda ilə yanaşı, Rusiya və Gürcüstan
milliləri də turnirdə iştirak ediblər.”Neftçi İdman Klubu” və Rusiya yığması üçüncü
yeri tutublar. Həlledici final görüşündə isə Gürcüstan millisi və “Judo 2012”
komandaları üz-üzə gəliblər. Bu mərhələdə Gürcüstan yığması qalib gəlib və beynəlxalq
turnirin qalibi adını qazanıb.