Bakıda
keçirilən IV İslam Həmrəyliyi Oyunlarının güləş yarışları davam edir.”Neftçi İdman Klubu”nun yunan-Roma güləşçisi,
Rio Yay Olimpiya Oyunlarıının bürünc mükafatçısı, dünya və Avropa çempionu Rəsul
Çunayev İslamiadanın bürünc medalını qazanıb. 71 kq çəki dərəcəsində mübarizə
aparan pəhləvanımız üçüncü yer uğrunda görüşdə türkiyəli İlkər Sönməzlə üz-üzə
gəlib. Qarşılaşmanın birinci hissəsində gözəl fənd sayəsində 4 xal qazanan
idmançımız hesabdakı üstünlüyü sonadək qoruya bilib. Yekun hesabda rəqibinə 4:1
hesabı ilə qalib gələn Çunayev mötəbər turnirin bürünc medalına sahib çıxıb.