Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında güləş yarışları davam
edir.Sərbəst güləş yarışlarının birinci günündə “Neftçi İdman Klubu”nun
təmsilçisi Mahir Əmiraslanov qızıl medala yiyələnib. 57 kq çəki dərəcəsində
mübarizə aparan pəhləvanımız finala qədər inamla irəliləyib. Həlledici görüşdə
qazaxıstanlı Jandos İsmailov üzərində 5:4 hesablı qələbə qazanan Əmiraslanov bu
güləş növündə IV İslam Həmrəyliyi Oyunlarının ilk çempionu olub.