Bu gün IV İslam Həmrəyliyi Oyunlarında güləş yarışlarına yekun vurulub. Yarışların
sonuncu günündə qadın güləşçilər xalça üzərinə çıxıblar.”Neftçi İdman Klubu” bu güləş növündə də İslamiadada təmsil olunub. 75 kq
çəki dərəcəsində çıxış edən Səbirə Əliyeva beş güləşçinin yer aldığı dairəvi
sistemdə mübarizə aparıb. Xanım idmançımız ilk görüşündə qazaxıstanlı İrina Kazyulina
üzərində vaxtından əvvəl qələbə qazanıb. Güləşçimiz ikinci qarşılaşmasında
misirli Hamza Samarla mübarizədən məğlub ayrılıb. Növbəti görüşdə onun rəqibi
Qırğızıstan idmançısı Aypəri Mədətqızı olub. Bu görüşü qələbə ilə başa vuran
Əliyeva, sonuncu qarşılaşmasında Türkiyə təmsilçisi Yasemin Adara məğlub olub
və “Bakı-2017”nin gümüş medalına layiq görülüb.Qeyd edək ki, yarışın əvvəlki günlərində yunan-Roma güləşçilərimiz (2)
və sərbəst güləşçilərimiz (2) 4 medal qazanmışdılar.