Hövsan Olimpiya İdman Kompleksində İslam Həmrəyliyi ilinə həsr olunmuş
kunq-fu coriyo üzrə respublika çempionatı keçirilib. Taolu (fərdi komplekslər
üzrə yarışma) növü üzrə təşkil olunan yarışda 100-dən çox idmançı bacarığını
nümayiş etdirib.”Neftçi İdman Klubu” çempionata 11 yetirməsi ilə qatılıb ki, onlardan da
9-u mükafata layiq yer tutub. 9-12 yaş kateqoriyasında İsmayıl Hacızadə 1 qızıl,
1 gümüş medal qazanıb. 12-15 yaşlı idmançılarımızdan İbrahim Məmmədov və Əli
Babazadə hərəyə 1 qızıl, 1 gümüş, Turxan Məhərrəmov isə 1 qızıl və 1 bürünc
medala layiq görülüb. Ruzi Vəliyev 15-18 yaş kateqoriyasında 4 qızıl və 1 gümüş
medala yiyələnib. 18-35 yaşlı idmançıların yarışında Elnur Mahmudov iki dəfə
fəxri kürsünün ikinci pilləsinə qalxıb. Yaşı 35-dən yuxarı olan idmançılar
arasında Xalid Qasımov 1 qızıl, 3 gümüş, Fuad Cəfər isə 1 qızıl və 1 gümüş
medala sahib olub.Zərif cinsin nümayəndələrindən Aytən Vəliyeva (12-15 yaş) 3 qızıl medala
layiq görülüb.