Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında Avropa çempionatı
keçirilib.”Neftçi İdman Klubu”nun milli komandanın heyətində yer almış boksçusu,
69 kiloqram çəki dərəcəsində mübarizə aparan Pərviz Bağırov dörddəbir finala
kimi irəlilədiyindən dünya çempionatına lisenziya qazanıb. İdmançımız avqustun
25-də Almaniyada start götürəcək mundialda iştirak etmək hüququna sahib olub.