Rusiya Federasiyası Dağıstan Respublikasının Kaspiysk şəhərində beşqat
dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 48-ci
beynəlxalq turnirə yekun vurulub.”Neftçi İdman Klubu”nun yığma komandanın heyətində təmsil olunan sərbəst
güləşçilərindən üçü ölkəmizə medal qazandırmağa müvəffəq olub. İdmançılarımızdan
57 kq çəki dərəcəsində mübarizə aparan Mahir Əmiraslanov bütün rəqiblərini məğlub
edərək qızıl medala sahib olub. Klubun digər yetirmələri – Pərviz İbrahimov (57
kq) və Qalib Əliyev (61 kq) isə beynəlxalq turniri fəxri kürsünün üçüncü pilləsində
başa vurublar.