Növbəti mövsüm I Divizionda mübarizə aparacaq “Qaradağ Lökbatan” komandası
hazırlıqlara start verib. Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil
olunan və seleksiya xarakteri daşıyan məşqlər 15 gün davam edəcək. İki həftə
ərzində komandanın tam komplektləşməsi planlaşdırılır.Seleksiya məşqləri başa çatdıqdan sonra futbolçularımız həmin məkanda
daha 15 gün müddətinə təlim-məşq toplanışı keçəcəklər. Toplanışın növbəti 15
gününün isə xarici ölkələrdən birində davam etdirilməsi nəzərdə tutulub.