“Neftçi İdman Klubu”nun qrossmeysteri Eltac Səfərli Fransada
keçirilimiş şahmat üzrə 4-cü beynəlxalq open turnirdə gümüş medala layiq
görülüb. Şahmatçımız 9 mümkün xaldan 8-ni toplayaraq turnirin qalibi adını
qazanan Polşa təmsilçisi Mixail Krasenkovdan bir xal geri qalıb və əlavə göstəricilərə
görə 2-ci olub.Qeyd edək ki, Korsikada İsveçrə sistemi üzrə
keçirilən və 9 turdan ibarət olan turnirdə 21 ölkədən 200 şahmatçı, o cümlədən
18 qrossmeyster mübarizə aparıb.