İyulun 7-də startı verilmiş güllə atıcılığı üzrə respublika
çempionatı sona yetib. Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda klubumuzun təmsilçiləri
də bacarıqlarını nümayiş etdiriblər.Pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma
yarışında Ruslan Lunyov qalib adını qazanıb. Elvin Astanov isə çempionatın
gümüş medalına yiyəlınib. Qadınlar arasında Lalə Mirzəzadə 2-ci, Zeynəb
Abbasova isə 3-cü yeri tutub.