Quba Olimpiya İdman Kompleksində keçirilən “UMID CUP” beynəlxalq taekvondo
turniri başa çatıb. Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, İran və
Gürcüstan təmsilçilərinin də qatıldığı yarışda 800-ə yaxın taekvondoçu mübarizə
aparıb. Üç gün davam edən turnir 2008-2009, 2006-2007, 2003-2005 və
2000-2002-ci illər təvəllüdlü oğlanlar və qızlar arasında təşkil edilib.”Neftçi İdman Klubu”nun iki taekvondoçusu beynəlxalq turnirin mükafatına
sahib olub. 27 kq çəki dərəcəsində çıxış edən Elgün Mürsəlov və Hüseyn
Süleymanov (36 kq) yarışın bürünc medalına layiq görülüblər.