İyulun 24-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda start götürmüş
yeniyetmə güləşçilərin Avropa birinciliyi davam edir.Sərbəst güləşçilər arasında qaliblər müəyyənləşdikdən sonra qızlar
bacarığını nümayiş etdirməyə başlayıb. “Neftçi İdman Klubu”nun milli
komandamızın heyətində yer almış təmsilçisi, 38 kq çəki dərəcəsində mübarizə
aparan Şəhanə Nəzərova qitə birinciliyində yüksək nailiyyət qazanıb. Belə ki,
xanım güləşçimiz böyük əzm nümayiş etdirərək bütün rəqiblərini məğlubiyyətə
uğradıb və Avropa çempionu tituluna sahib olub.Qeyd edək ki, yeni qaydaların test edilməsi ilə keçirilən yarışa ayın
30-da yekun vurulacaq.