Almaniyanın paytaxtı Berlində gənclər arasında keçirilən cüdo üzrə Avropa
kuboku yarışı sona yetib. 37 ölkədən 513 idmançının (317 oğlan, 196 qız)
mübarizəyə qoşulduğu mötəbər yarışda Azərbaycan yığma komandası 20 cüdoçu (15 oğlan,
5 qız) ilə təmsil olunub.Millimizin üzvləri qitə turnirində uğurla çıxış edərək 6 medala (3 qızıl, 1
gümüş, 2 bürünc) sahib olublar.Qazanılan uğurda “Neftçi İdman Klubu”nun yetirmələri böyük pay sahibi
olublar. Belə ki, gənc cüdoçularımızdan 100 kq çəki dərəcəsində ölkəmizin
şərəfini qoruyan Zelim Kotsoyev bütün qarşılaşmaları qələbə ilə başa vuraraq
Avropa kubokuna sahib olub. Naim Hüseynov (81 kq) isə fəxri kürsünün üçüncü
pilləsi ilə kifayətlənib.Xanım cüdoçuların yarışında Nəzakət Əzizova (52 kq) rəqib tanımayaraq
qızıl medala yiyələnib. 48 kq çəki dərəcəsində çıxış edən Leyla Əliyeva isə
yarışın gümüş medalına layiq görülüb.