İyulun 28-də Gürcüstanın paytaxtı Tbilisidə startı verilmiş qarışıq döyüş
növləri üzrə dünya kubokuna yekun vurulub. Yarışda Azərbaycan, Türkiyə,
Gürcüstan, İran, Özbəkistan, Rusiya, Qazaxıstan, Hindistan, Türkmənistan və
Ermənistandan olan idmançılar qüvvələrini sınayıblar.”Neftçi İdman Klubu” turnirdə 14 yetirməsi ilə təmsil olunub. Uşuçularımızdan
Ziya Məmmədov (sanda, 40 kq), Rahib İbrahimov (kikboksinq, 40 kq), Murad
Bəhramzadə (kikboksinq, 48 kq), Rəşad Qəhrəmanov (kikboksinq, 56 kq), Məhəmməd Musayev (kikboksinq, 60 kq), Alim
Kazımov (sanda, 70 kq), Heydər Qasımov (kikboksinq, 70 kq) və Rabil Kərimov (kikboksinq,
+91 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq qızıl medala yiyələniblər. Yaşar
Bayramov (sanda, 60 kq) 2-ci, Əli Məmmədov (sanda, 56 kq) isə 3-cü yeri tutub.Kiçikyaşlı uşuçularımızdan 30 kq çəki dərəcəsində mübarizə aparan Toğrul
Dünyamalıyev qızıl, Xəzər Xanmirzəyev (hər ikisi kikboksinq, 33 kq) isə gümüş
medala layiq görülüb.Klubumuzun uşu üzrə məşqçisi Rafət Əsədov yarışda “ən yaxşı məşqçi” nominasiyasının
qalibi olub.