Belarusun paytaxtı Minskdə Sovet İttifaqı Qəhrəmanı Viktor Liventsevin
xatirəsinə həsr olunmuş beynəlxalq boks turniri sona çatıb. Gərgin mübarizə
şəraitində keçən yarışda 15 ölkədən 100-dən çox kişi və qadın boksçu bacarığını
nümayiş etdirib.Klubumuzun millinin heyətində yer almış dəri əlcək ustalarından Pərviz
Bağırov finala qədər irəliləməyi bacarıb. 69 kq çəki dərəcəsində ölkəmizi
təmsil edən idmançımız həlledici qarşılaşmadan məğlub ayrılıb və gümüş medala
yiyələnib.Qadın boksçuların yarışında isə klubun yetirməsi Anaxanım Ağayeva 51 kq
çəkidə turnirin bürünc medalına sahib olub.