Finlandiyanın Tampere şəhərində təşkil olunan gənc güləşçilərin dünya
birinciliyinə yekun vurulub.”Neftçi İdman Klubu”nun qadın güləşi üzrə yığma komandanın heyətində
təmsil olunan yetirməsi, 48 kq çəki dərəcəsində mübarizə aparan Türkan Nəsirova
mundialda böyük uğura imza atıb. Güləşçimiz dünya birinciliyinin gümüş medalına
layiq görülüb. Finala gedən yolda idmançımız Avstriya və Türkiyə təmsilçilərini
vaxtından əvvəl, Qazaxıstan və Tunis güləşçilərini isə böyük xal fərqi ilə
məğlubiyyətə uğradıb. Həlledici görüşdə Yaponiya idmançısı ilə qarşılaşan
Türkan Nəsirova rəqibinə məğlub olub və mötəbər yarışı 2-ci pillədə başa vurub.