Bu
gün «Neftçi İdman Klubu»nun təşkilatçılığı ilə keçirilən neft, qaz və kimya sənayesi işçilərinin XXV
Spartakiadasına start verilib.Klubumuz
ilboyu neft, qaz və kimya sənayesinin işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. İdmanın kütləviləşməsi, gənclərin sağlam böyüməsi, neftçilərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan bu tədbirlərdən ən möhtəşəmi və təntənəli keçiriləni isə hər ilin
sentyabr ayında neftçilərin peşə bayramı (20 sentyabr – Neftçilər günü) ərəfəsində keçirilən Spartakiadadır.Bu
il neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadası keçirilir. Tədbirdə 31 müəssisənin komandası iştirak edir. Bu mötəbər yarışda 14 idman növü (mini-futbol, atletika, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts,
kəndirdartma, futtennis və güllə atıcılığı) üzrə 1238 nəfər iştirak edir
ki, onlardan da 201-i qadınlardır. Yarışlar Lökbatan qəsəbəsində
yerləşən Qaradağ Təlim-İdman Bazasında, üzgüçülük növündə «Start» İdman Kompleksində, güllə
atıcılığı növündə isə Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına
Olimpiya Təlim-İdman Kompleksində keçiriləcək. Sentyabrın 11-də start götürmüş Spartakiada ayın 17-də öz işini sona çatdıracaq.Spartakiadanın təntənəli açılış mərasimi sentyabrın 12-də saat 16:00-da Qaradağ
Təlim-İdman Bazasında təşkil olunacaq.Qeyd edək ki, neft, qaz və kimya sənayesi
işçilərinin XXV Spartakiadasına mini-futbol, atletika və futtennis idman
növləri ilə start verilib.