Sentyabrın 15-də Sloveniyanın Maribor şəhərində
gənc cüdoçuların Avropa birinciliyi start götürüb. 41 ölkədən 402 idmançının (222
oğlan, 180 qız) qatıldığı turnirdə yığma komandamız 16 cüdoçu (10 oğlan, 6 qız)
ilə təmsil olunur.Yarışın ilk günündə “Neftçi İdman Klubu”nun Azərbaycan
millisinin heyətində yer almış cüdoçularından ikisi mükafata layiq yerlər
tutublar. Gənc cüdoçularımızdan 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət
Heydərov bütün görüşlərdən qalib ayrılaraq Avropa birinciliyinin qızıl medalını
qazanıb. Zərif cinsin nümayəndələri arasında 52 kq-da ölkəmizi təmsil edən Nəzakət
Əzizova isə mötəbər turnirin bürünc medalına sahib olub.