Neft, qaz və kimya sənayesi işçilərinin XXV
Spartakiadasında daha dörd idman növü – daşqaldırma, güllə atıcılığı, voleybol
və stritbol üzrə yarışlar sona yetib.Daşqaldırma idman növündə Heydər Əliyev adına
Neft Emalı Zavodunun komandası bütün rəqiblərini üstələyib. “Neft Daşları” NQÇİ
2-ci, “Azərkimya” İstehsalat Birliyinin komandası isə 3-cü yeri tutub. Güllə
atıcılığı yarışlarında kişilər arasında Neft Kəmərləri İdarəsi qalib adını
qazanıb. Heydər Əliyev adına NEZ 2-ci, Geofizika və Geologiya İdarəsinin
kollektivi isə 3-cü pillədə qərar tutub. Zəriflərin mübarizəsində Heydər Əliyev
adına NEZ-in komandası liderliyi ələ keçirib. Neft Kəmərləri və “Qaz İxrac”
idarələrinin komandaları isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşdürüblər.
Stritbol idman növündə “SOCAR Petroleum” komandası fəxri kürsünün ən yüksək
pilləsinə qalxıb. Qadınlar arasında isə bu uğura Heydər Əliyev adına NEZ-in təmsilçiləri
imza atıblar. Kişilərdə “Qaz İxrac” İdarəsi ilə Heydər Əliyev adına NEZ, xanım
iştirakçılar arasında isə Nəqliyyat İdarəsi və “Azərkimya” İB müvafiq olaraq
2-ci və 3-cü pillələrdə qərar tutublar. Voleybol yarışlarında “Bos Şelf”
komandası gərgin final görüşündə qələbə qazanaraq qalib adına yiyələnib. “Neft
Daşları” Neftqazçıxarma İdarısi 2-ci, Heydər Əliyev adına NEZ isə 3-cü yerə
layiq görülüb. Xanımlar arasında Heydər Əliyev adına NEZ-in kollektivi yenidən
liderliyə yüksəlib. Neft Kəmərləri İdarəsi 2-ci, “Azərkimya” İB-nin komandası
isə 3-cü yerə çıxıb.