“Neftçi İdman Klubu”nun yetirməsi Rüstəm Orucov Xorvatiyanın paytaxtı
Zaqrebdə keçirilən cüdo üzrə Qran-pri turnirinin qızıl medalına sahib olub. 73
kq çəki dərəcəsində çıxış edən idmançımız məğlubiyyət tanımayaraq fəxri
kürsünün ən yüksək pilləsinə qalxıb. O, 47 ölkədən 249 cüdoçunun mübarizə
apardığı yarışda ardıcıl olaraq Xorvatiya, İtaliya, Yaponiya, Braziliya və
İsveç təmsilçiləri üzərində qələbə qazanaraq bu uğura imza atıb.Mötəbər turnirdə qalib gələn
Rüstəm Orucovun şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib,
üçrəngli bayrağımız qaldırılıb.