Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda
2017/2018-ci illər mövsümünə start verilib.Keçirilən ilk tur çərçivəsində “Qaradağ Lökbatan”
MOİK-in qonağı olub.”Bakı” Futbol Klubunun təlim-məşq bazasının stadionunda təşkil
olunan qarşılaşmada komandamız minimal hesablı qələbə qazanıb-1:0. Oyunun ilk
hissəsində hesab açılmasa da, fasilədən sonra futbolçularımızın aramsız
hücumları öz bəhrəsini verib. Matçın 55-ci dəqiqəsində Coşqun Süleymanov komandamıza
3 xal qazandıran yeganə qolun
müəllifi olub.