Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.Siyahı Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri yarışının
yekununa əsasən tərtib olunub.Yeni cədvəli “Neftçi İdman Klubu”nun cüdoçuları üçün uğurlu hesab etmək
olar. Belə ki, sözügedən turniri beşinci pillədə başa vuran Elxan Məmmədov müəyyən
fasilədən sonra yenidən zirvəyə yüksəlib. İdmançımız 100 kq çəki dərəcəsində
bütün rəqiblərindən öndədir. Dünya çempionumuzla eyni çəkidə mübarizə aparan
Elmar Qasımov bir pillə geriləyərək dördüncü yerə enib. Zaqrebdən çempion kimi
dönən Rüstəm Orucov (73 kq) yenə ikinci pillədə qərarlaşıb. Onunla eyni çəkidə
çıxış edən Hidayət Heydərovun da mövqeyi dəyişməz qalıb. O, beşinci yerdədir. Məmmədəli
Mehdiyev (90 kq) və İrina Kindzerszka (+78 kq) da yerlərini qoruyublar.
İdmançılarımız müvafiq olaraq, 12-ci və
18-ci pillələrdə qərar tutublar. Tural Səfquliyev (90 kq) isə bir qədər irəliləyib.
Cüdoçumuz iki rəqibini arxada qoyaraq 14-cü sıraya yüksəlib.Klubun digər təmsilçilərindən Xanım Hüseynova (63 kq) iki, Orxan Səfərov
(60 kq), Nicat Şıxəlizadə (66 kq) və Nəzakət Əzizova (52 kq) isə hərəyə bir
pillə geriləyiblər. Onlar müvafiq olaraq, 54-cü, 3-cü, 12-ci və 43-cü yerdədirlər.