Xorvatiyanın paytaxtı Zaqrebdə gənc cüdoçuların dünya birinciliyinə start
verilib. 83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı
yarışda Azərbaycan yığması 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunur.”Neftçi İdman Klubu”nun millimizin heyətində yer alan gənc cüdoçusu Natiq
Qurbanlı yarışın ilk günü tatami üzərinə çıxıb. 55 kq çəki dərəcəsində
ölkəmizin şərəfini qoruyan idmançımız yalnız həlledici final qarşılaşmasında
məğlubiyyətə uğrayıb və dünya birinciliyinin gümüş medalına sahib olub.