Oktyabrın 17-də Xorvatiyanın paytaxtı Zaqrebdə start götürmüş gənc
cüdoçuların dünya birinciliyi davam edir.Mötəbər yarışın ikinci günündə “Neftçi İdman Klubu”nun daha iki cüdoçusu
fəxri kürsüdə yer alıb. 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət
Heydərov Yaponiya, İtaliya, Qazaxıstan və Gürcüstan təmsilçilərinə qalib
gələrək finala yüksəlib. Həlledici mərhələdə türkiyəli rəqibini də məğlubiyyətə
uğradan idmançımız dünya birinciliyinin qalibi adını qazanıb.Xanım cüdoçularımızdan 52 kq çəkidə ölkəmizi təmsil edən Nəzakət Əzizova
isə yarışın bürünc medalına layiq görülüb. Mərakeş, İspaniya, Rumıniya və Monqolustan
idmançıları üzərində qələbə qazanan klubumuzun yetirməsi yalnız yaponiyalı
rəqibinə məğlub olub və 3-cü yeri tutub.Xatırladaq ki, dünya birinciliyinin ilk günündə cüdoçumuz Natiq
Qurbanlı (55 kq) gümüş medala sahib olmuşdu.