Gürcüstanın Tbilisi şəhərində muay tay döyüş növü üzrə Avropa kəməri
uğrunda yarış keçirilib. Turnirdə Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə,
Özbəkistan və Ermənistan idmançıları mübarizə aparıblar.”Neftçi İdman Klubu” da yarışa qatılıb və komandamız ((Rahib İbrahimov (48
kq), Rəşad Qəhrəmanov (56 kq), Məhəmməd Musayev (60 kq), Elcan Qasımov (65 kq),
Heydər Qasımov (70 kq), Nicat Heydərov (75 kq), Mehralı Qasımov (+91 kq))
Avropa kəmərinə sahib çıxıb.Eyni məkanda təşkil olunan Avropa çempionatında isə idmançılarımız 2 qızıl
və 5 gümüş medala yiyələniblər.