Bakı İdman Sarayında kişilər və qadınlar arasında qraplinq və qraplinq-gi
üzrə sayca 10-cu dünya çempionatı keçirilib. 33 ölkədən 550 idmançının
qatıldığı yarışda atletlər uşaqlar, yeniyetmələr, gənclər və veteranlar
kateqoriyalarında mübarizə aparıblar.Çempionatda klubumuzun yetirmələrindən beşi medala yiyələnib. Veteran idmançılarımızdan
92 kq çəkidə çıxış edən Həzi Həsənov dünya çempionu adına
layiq görülüb. 100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Ariz Əliyev isə bürünc medal qazanıb. Əsgər Eldarov (92 kq) gənclər, Məhəmməd Papaqov (42 kq) və Rəvan
İsgəndərli (85 kq) isə yeniyetmələr arasında 3-cü yeri tutublar.